Şrift:
Fərəc Quliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab İrfan Siddiq və siyasi məsələlər üzrə ikinci katib, ÜH konsulu Endrü Harvey ilə görüşdü.
16.10.2014 [08:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
15 oktyabr 2014-cü il tarixdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin  deputatı, Fərəc Quliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab İrfan Siddiq və siyasi məsələlər üzrə ikinci katib, ÜH konsulu Endrü Harvey ilə görüşdü.

Görüşdə ölkələrimiz arasındakı əməkdaşlığın mövcud durumu və perspektivi, Yeni Dünya Düzəni  prinsiplərinə zidd olan süni dini və etnik  zəmində münaqişələr, bu baxımdan bölgədəki və dünyadakı son durum, o cümlədən Dağlıq Qarabag problemi  geniş müzakirə olundu.

Fərəc Quliyev  Anqlosaks-Türk Assambleyasinin rəhbəri kimi  də Anqlosaks və Türk  etnoslarının qurduğu dövlətlərin bəşəri təhlükəsizlik üçün əhəmiyyəti, bu etnoslar arasnda dialoqun vacibliyi haqda cənab səfirlə düşüncələrini bölüşdü.


Milli Dircəliş Hərəkatı Partiyası mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed