Şrift:
Azərbaycanda seçki hüququnun pozulması ilə bağlı mübahisəyə ərazi üzrə məhkəmələrdə baxılacaq
17.10.2014 [13:54] - Gündəm, Hüquq
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı seçki hüququnun pozulması hadisəsi harada baş verərsə, məsələ ilə bağlı mübahisəyə o ərazi üzrə yerləşən məhkəmələrdə baxılacaq. Bunu Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə “Seçki hüququnun apelyasiya məhkəmə instansiyasında müdafiəsi” mövzusunda çıxış edən Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev deyib.

O, bildirib ki, Azərbaycanda qazanılmış təcrübə imkan verir ki, qarşıdan gələn bələdiyyə seçkiləri də demokratik və ədalətli keçirilsin.

İ.Nağıyev deyib ki, bundan sonra DSK-lar qəbul etdiyi qərarlara görə birbaşa məsuliyyət daşıyacaqlar.
Məhkəmə sədri qeyd edib ki, 2009-cu ildə bələdiyyə seçkiləri ilə bağlı Bakı Apelyasiya Məhkəməsində 85 işə baxılıb. Seçkilərə qədər məhkəməyə 16, seçkilərdən sonra isə 69 şəxsin müraciəti daxil olub.
Bu xəbər oxucular tərəfindən 886 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed