Şrift:
Fərəc Quliyev Rəhim Qazıyevin debat təklifini rədd etdi
17.11.2014 [11:59] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Ötən hyəftə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev modern.az saytına maraqlı bir müsahibə verib.

1990-cı illərin əvvəlində baş verən hadisələrlə bağlı olan bu müsahibədə 1993-cü ildə AXC İcraiyyə Komitəsinin sədri vəzifəsində olmuş, istiqlalçı deputat Fərəc Quliyev olduqça maraqlı açıqlamalar etmişdi ki, bu açıqlamalar mətbuatda geniş yayıldı və muzakirələrə səbəb oldu. Müzakirələr arasında verilən açıqlamalardan narahatlıq keçirənlər də oldu. Keçmiş müdafiə naziri Rəhim Qaziyev mətbuat vasitəsiylə millət vəkilini debata dəvət edərək bildirib ki, “Dəyirmi masa keçirək. F.Quliyev də, peşəkar hərbçi, vətən naminə böyük əziyyətlər çəkən N.Bayramov da, mən də oturum və kim istəyirsə, o da bu söhbətdə iştirak etsin. Tariximiz həmin dönəminə dəqiq və qərəzsiz surətdə aydınlıq gətirək.”

Bununla bağlı moderator.az saytına açıqlama verən F.Quliyev R.Qazıyevin debat təklifindən imtina edib: “Bu hadisələrə aydınlıq gətirməyə ehtiyac yoxdur. Çünki bunlar kifayət qədər aydındır. Hər dəfə mən bu məsələlərə münasibət bildirəndə kənardan fikir bildirməyə çalışırlar. Mən bu məsələlərlə bağlı münasibətimi Surəıt Hüseynoivun ən güclü vaxtında bildirmişəm. Bu fikirlər də öz təsdiqini tapıb. İndi bununla bağlı müzakirələrdə iştirak etməyə nə vaxtım, nə də həvəsim var”.

davam.az
Bu xəbər oxucular tərəfindən 1379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed