Şrift:
Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamenti 22 noyabr 2014-cü il tarixində geniş iclas keçirmişdir.
01.12.2014 [13:42] - Xəbərlər, Siyasi partiyalar
İclası ön sözlə açan Qarabağ departamentinin sədri Şakir Ağayev qeyd etdi ki, 2014-cü ilin noyabr ayının 12-də Ağdam rayonunun Kəngərli kəndindən 1700 m şimal-şərq hissəsində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-24 tipli hərbi helekopteri döyüş kursuna enərək, mövqelərimizə hücum etmiş, Silahlı Qüvvələrimizin açdığı atəşlə məhv edilmişdir. Vurulan helekopterin qalıqları və 3 nəfər ekipaj üzvlərinin cəsədləri müdafiəmizin ön xəttindən 500 m qarşıdakı əraziyə düşüb. Bu hadisəylə əlaqədar bir sıra ölkələr və qurumlar yalan məlumatlar yaymağa başlamışdır. Xüsusilə, ATƏT-in Minsk Qrupu Həmsədrlərinin bəyanatı Azərbaycan xalqının və dövlətimizin etirazına səbəb olmuşdur. Belə ki, həmsədrlərin birgə bəyanatında vurulan helkopterin qalıqlarının neytral zonada olmasını qeyd etməsi və Azərbaycan Xarici İçlər Nazirliyinin etirazından sonra həmsədrlər bəyanatında “düzəliş” edərək helkopterin “insan məskunlaşmayan ərazidə” düşməsi kimi yenidən qeyd etməsi Azərbaycan xalqının, dövlətimizin, MDHP-nin, o cümlədən Qarabağ Departamentinin etirazına səbəb olmuşdur.

İclasda Həmsədrlərin “işğal olunmuş ərazi”, “helekopterin mövqelərimizə hücumu” sözlərini işlətməməklə reallığın ört-basdır etmək niyyətləri vurğulanmışdır. Hələ 1991-ci ildə Qarakənd üzərində mülkü helekopter vurularkən, Sipitak zəlzələsi zamanı yardım üçün gedən təyyarənin erməni millətçiləri tərəfindən vurulması və buna bənzər digar hadisələrə də beynəlxalq təşkilatların ikili standartla yanaşmalarını pislənmişdir.

İclasın yekununda departament iştirakçıları aşağıdakı məzmunda bəyanatı qəbul etmişlər:

1. ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin Azərbaycan-Ermənistan münaqişəsinin uzanmasına səbəb olan ikili standartlara yol verməsinə etiraz bildirilsin və bu istiqamətdə MDHP –nin, dövlətimizin siyasəti təqdirəlayiq hesab edilsin.

2. ... helekopterin məhz “Azərbaycana məxsus ərazidə-təmas xəttinin pozulduğu yerdə vurulduğunu və ordumuz tərəfindən helekopteri Beynəlxalq Hüquq normalarının tələblərinə uyğun vurulduğu “ sözləri daxil edilsin.

3. .... Əsirlikdə olan Dilqəm Əsgərov, Şahlar Quliyev beynəlxalq aləmdə tanınmayan, qondarma Qarabağ Respublikası məhkəməsi istintaqına dünya birliyinin biganə münasibəti pislənsin və qed-şərtsiz azad edilməsi Ermənistan rəhbərliyindən tələb edilsin.

4. 1991-ci ilin noyabr ayında Qarakənd üzərində ermənilər tərəfindən vurulan Mülki Helekopterdə həlak olan Azərbaycan Dövlət və Hökumət xadimlərinə, digər vətəndaşlara Şəhid statusu verməklə Azərbaycan Milli Qəhrəmanı adları verilsin.

5. 1992-ci ildə Ağdamdan Şuşaya uçan mülki helekopterin ermənilər tərəfindən vurulması nəticəsində 40 nəfər dinc vətəndaşa və ekipaj üzvlərinə Şəhidlik statusu verilsin.


MDHP mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed