Şrift:
Fərəc Quliyev: -Beynəlxalq güclərin Azərbaycana dəstək verəcəyinə inanmıram.
01.12.2014 [14:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpaqlarına getmələrini izah etmələrinə ehtiyac yoxdur. Çünki, həmin azərbaycanlılar öz ata yurdlarına gediblər”. Bunu SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

Millət vəkili vurğulayıb ki, dünyanın heç bir yerində yerli əhalini yanmış torpaq siyasətinə uyub çıxarmırlar: “Ermənilər də etnik təmizləmə həyata keçirərək azərbaycanlıları ata yurdlarından qovub çıxarıb. Normalda belə hallar olanda anti-terror əməliyyatları keçirilməlidir. Çox qəribədir ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər bu məsələ ilə bağlı addım atmamaqla yanaşı, heç hadisəni öz mahiyyətinə uyğun olaraq adlandırmayıblar”.

F. Quliyev bildirib ki, istər ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər, istərsə də digər dövlətlər bu məsələyə biganə, birtərəfli və qərəzli baxırlar: “Ona görə də bu məsələnin baş verməməsi və onun köklü həlli yalnız Azərbaycanın torpaqlarını hərb yolu ilə azad etməsindən keçir. Beynəlxalq güclərin belə məsələlərdə Azərbaycana dəstək verəcəyinə inanmıram”.

Elvin Abdulqədirov
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed