Şrift:
Fərəc Quliyev: “Bu tendensiya həmin güclərin öz maraqlarına uyğun fəaliyyət göstərmələrindən irəli gəlir”
03.12.2014 [11:56] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Erməni terrorunu çiçəkləndirən ikili yanaşma

Asim Mollazadə: “Vaşinqton bu məsələyə vaxtında müdaxilə edə, düzgün mövqe seçə bilmədi”

Rüstəm Məmmədov: "İstənilən zaman kimisə terrorçuluqda ittiham edib, ona qarşı müəyyən aksiya qururlar, ya da əksinə”

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya 24” kanalına müsahibəsində İŞİD terror qruplaşması ilə bağlı da bəzi məqamlara toxunub. "Bu il İŞİD qruplaşması ortaya çıxdı. Bu, son on ildə Yaxın Şərqdə baş verənlərin nəticəsidir. Bu sübut edir ki, radikal qrupulara dəstək məsələsində ehtiyatlı olmaq lazımdır. Pis və yaxşı terrorçu yoxdur”.
Həqiqətən də təcrübə göstərir ki, bu və ya digər hallarda hansısa bir terror qruplaşmasına qarşı müharibə elan edən böyük dövlətlər heç də həmişə səmimi olmurlar. Yəni, onlar hansısa bir qruplaşmasını terror təşkilatı elan edərək, onu zərərsizləşdirir. Lakin bu prinsipi heç də bütün terror qruplaşmalarına münasibətdə həyata keçirmirlər, hətta iddialara görə, məqsədləri naminə radikal silahlı qruplaşmaları idarə edirlər. Hesab olunur ki, terror problemiən son qoymaq üçün ona qarış mübarizə tədbirləri bğirləşdirilməsli və ortaya ciddi irdaə qoyulmalı, ayrı-seçkilik edilməməlidir. Xatırladaq ki, Azərbaycan 25 ildir, Ermənistan dövləti tərəfindən həyata keçirilən terrorla üz-üzədir. Amma bu günə qədər terrora qarşı mübarizə aparan böyük dövlətrlər erməni terrorunu susdurmaq istiqamətində hər hansı bir addım atmayıblar.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət vəkili Fərəc Quliyev bildirdi ki, bu tendensiya həmin güclərin öz maraqlarına uyğun fəaliyyət göstərmələrindən irəli gəlir: "Azərbaycan bilirsiniz ki, böyük bir terrorla qarşı-qarşıyadır. Azərbaycan, qardaş Türkiyə süni şəkildə formalaşdırılan basqılara məruz qalıb. Azərbaycan əraziləri işğal olunub. Görünən odur ki, heç bir dövlətin başqa dövlətdə o ölkənin maraqlarına uyğun davranışı yoxdur. Onlar yalnız öz maraqlarına uyğun davranış tərzi sərgiləyir. Yaranmaqda olan situasiyanı elə formalaşdırmaq istəyirlər ki, öz milli maraqlarına uyğun olsun. Bu situasiyanın nə cür yaranması isə göründüyü qədər böyük güclərə fərq etmir. Zənnimcə, məsələnin əsas mahiyyəti də bundadır. Öz dövlət maraqlarını, başqa ölkənin maraqlarından üstün tutmaq. Aydındır ki, hər bir dövlətin milli maraqları var. Amma heç kəs öz dövlətinin xoşbəxtliyini başqa ölkələrin bədbəxtliyi üzərində qurmamalıdır. Həm də bu bumeranq siyasəti effekti verir. Günün birində "Əl-Qaidə” yaradıldı, sonra isə onu yaradanlar "Əl-Qaidə”nin özündən zərbələr almağa başladı. Bu gün İŞİD-i formalaşdıranlar, sabah onun özündən zərbələr almağa başlayacaq. Belə məsələlərdə günlük siyasəti yürüdənlər qısa zaman ərzində öz strateji maraqlarını nəzərə alıb, başqa maraqları ayaqlayanda, gələcəkdə həmin zərbə bumeranq effektilə həmin ölkəyə də dəyir. Nə yazıqlar olsun ki, hazırda yanaşma belədir. Ona görə də Azərbaycan və qonşu Türkiyə bu məsələdə daha çox başqalarına deyil, özümüzə güvənməliyik. Öz potensialımız hesabına problemi aradan qaldırmalıyıq. Hərçənd, dekorativ olaraq beynəlxalq subyektlər terrorun bir dövlətin işi olmadığı, bəşəri təhdid olduğunu bəyan edir. Amma ona adekvat tədbir görmürlər. Ona görə məcburuq ki, özümüz iş görək. Ən azından bizə yaxın olan və eyni problemlərlə üzləşən Türkiyə kimi dövlətlə əməkdaşlıq etməliyik”.
Millət vəkili Asim Mollazadə isə sualı diplomatik tərzdə cavablandırdı: "İŞİD-in yaranmasının əsas səbəbi İraqda olan hakimiyyət boşluğu və Suriyada cərəyan edən müharibədir. Suriya hökumətinə qarşı birləşən dini qüvvələrin belə bir qruplaşma yaratması bir növ bölgədə vəziyyəti gərginləşdirib. Ən əsası da ondan ibarətdir ki, Vaşinqton bu məsələyə vaxtında müdaxilə edə, düzgün mövqe seçə bilmədi. Nəticədə vəziyyəti dəyişmək üçün daha ağrılı addımlar atmaq lazım gəlir. Lakin bu tədbirlər də görülmür”.
Politoloq Rüstəm Məmmədov da qeyd etdi ki, bir terror təşkilatına qarşı mübarizə aparıb, digər radikal qruplaşmanı dəstəkləməq siyasi ambissiyalardan irəli gəlir: "Terrorçuluq elə bir siyasətdir. İstənilən zaman kimisə terrorçuluqda ittiham edib, ona qarşı müəyyən aksiya qururlar, ya da əksinə. Düşünürəm ki, terrorçuluqla mübarizə zəmini bilavasitə Yaxın Şərqdə tüğyan edir. Yaxın Şərq qeyri-stabil zonadır. Enerji mənbəyi olan bu bölgədə böyük proseslər gedir. Bu səbəbdən Qərb dünyasının həmin bölgəyə böyük marağı var. Eyni zamanda, bölgə Rusiyanın da diqqət mərkəzindədir. O da bu zonaya daxil olmaq istəyir, amma alınmır. Beləliklə, hazırda gündəmə İŞİD məsələsi gəlib. Onun köklərini məhv etmək deyil, sadəcə olaraq, törətdiklərini aradan qaldırmaqla məşğuldurlar. Bu gün İŞİD, əslində bütün inkişaf etməkdə olan dövlətlərin əleyhinə yönəlib”.


Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 1407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed