Şrift:
Fərəc Quliyev: “Biz özünü radikal adlandıranlardan fərqli olaraq, müxalifətik”
15.12.2014 [16:40] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Müxalifətlə iqtidarın görüşü gələcək toplantılar üçün çox böyük bir zəmin yaradıb”. Bunu SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

F. Quliyev bildirib ki, bu görüşlərin fəlsəfəsi Azərbaycanın milli maraqlarını birgə qorumaqdan keçir: “Yəni, kimin harada olmasından asılı olmayaraq, belə görüşlər dövlətin imunutetinin artırılmasına xidmət edir. Hakimiyyətə müxalifətdə olmaq, dövlətə müxalifət olmaq deyil. Bəzən bunu qarışdırırlar. Biz özünü radikal adlandıranlardan fərqli olaraq müxalifətik. Biz hakimiyyətə qarşı müxalifətdəyik, dövlətə qarşı yox”.

F. Quliyev deyib ki, iqtidar nümayəndələri və bir qrup müxalifyönlü siyasi partiya sədrlərinin iştirakı ilə keçirilən görüşdə dövlət maraqlarını müdafiə etmək üçün ortaq davranışlar müzakirə olunub: “Həmçinin, biz görüşdə müxalifətin gerçək şəkildə inkişaf etməsi üçün təkliflərimizi verdik. Bu təkliflər hakimiyyət nümayəndələri tərəfindən də çox müsbət qarşılandı. Hesab edirəm ki, gələcəkdə predmetlər ətrafında müəyyən fikirləri bölüşmək, onları hazırlamaq üçün işçi qruplarının fəaliyyəti və normal bir dialoqun aparılması, Azərbaycanda çoxpartiyalı sistemin inkişafı, meydanlardan fikirlərin parlamentə daşınması, idarəetmədə müxalifətin inkişafı üçün bu çox ciddi bir zəmindir”.

Elvin Abdulqədirov
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed