Şrift:
“Qədim Turan Eposu” kitabının təqdimatı oldu (video)
23.12.2014 [08:30] - Gündəm, MDH, Kitab evi
Milli Dirçəliş Hərəkatı Partiyasında yazıçı, şair, aşıq, türkoloq Niftalı Göyçəlinin “Qədim Turan Eposu” kitabının təqdimatı keçirildi. MDHP mədəniyyət bölməsinin rəhbəri olan Niftalı Göyçəlinin müəllifi olduğu “Qədim Turan Eposu”, MDHP kitabxanasına aid növbəti nəşrlərindən biridir.
Təqdimat mərasimini açan kitabın redaktoru, MDHP ideoloji işlər üzrə sədr müavini Həbib Ələkbərsoy tədbir iştirakçılarına partiya sədri, millət vəkili Fərəc Quliyevin salamlarını çatdırdıqdan sonra, kitab barədə məlumat verdi və tədbirin proqramını açıqladı. Sonra sözü müəllifə verdi. Kitabın müəllifi Niftalı Göyçəli “Qədim Turan Eposu” kitabının missiyası və məqsədi barədə danışdı. Ardınca Kitabın bədii redaktoru və ön söz müəllifi, MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli, türkoloq-alim Aydın Mədətoğlu, şair Eldar İsmayıl, şərqşünas-alim Mirzə Ənsərli, avropa.az xəbər portalının baş redaktoru Xalidə Xalid, arxieoloq, türkoloq, “Millətçilik” qəzetinin baş redaktoru Pərviz Elay, Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev, Umid Partiyası sədr müavini Rüfət Muradlı, MDHP Qərbi Azərbaycan Departamentinin sədri Əli Rzayev və bir neçə partiya fəallarının çıxışları oldu. Çıxışçılar “Qədim Turan Eposu”-nun dəyəri barədə fikirlərini bildirdikdən sonra, tədbir bədii hissə ilə davam etdi. “Qədim Turan Eposu”-nun təqdimatı münasibətilə, üzərində Turanın xəritəsi həkk olunmuş “Turan” tortunun saz ifasının sədaları altında kəsilməsi çoşqu yaratdı. Sonra, çay süfrəsi ətrafında kitabla bağlı fikir mübadiləsi davam etdi.
Tədbir iştirakçılarının xüsusi dəyər verdiyi həmin təqdimatın qısaldılmış videosunu təqdim edirik:
Bu xəbər oxucular tərəfindən 1443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed