Şrift:
Bakıda “elektrik qəzaları”
03.01.2012 [11:47] - Gənclik
Şəhla Cabbarlı

Son zamanlar Bakı şəhərində bəzi obyektlərdə "qəza" səbəbiylə işıqların söndürülməsi tez-tez baş verməkdədir. Doğrudanmı qəza baş verir? Nəzərə alsaq ki, bu hadisə həmin obyektlərdə müəyyən bir kəsimin tədbirlərinin keçrilməsi ilə eyni vaxt baş verir, bunun qəza olması bir az inandırıcı gəlmir. İndi o zamanlar deyil ki, işıq kəsildikdə neftlə işləyən lampa yandırılsın və yaxud da şarz ilə doldurulmuş əl lampalarından istifadə edilsin. Texnika inkişaf edib. Hansısa bir obyektin elektrik enerjisi verilməsi dayandırılsa ehtiyyat genaratorlardan istifadə edilir. Azərbaycanda da bu avadanlıqların biznesi həddindən artıq genişlənib. Bu istər otellər olsun, istər şadlıq evləri olsun, istəsə də adi dükanlar... Bu arada yadıma vaxtilə yol gedərkən həmsöhbətim olmuş Qulam düşdü. Kənd sakini Qulam da bu hadisələrin təsadüf olduğuna inanmırdı. Onun fikrincə bu, məqsədli şəkildə və bilərəkdən həyata keçrilmiş işdir. Bu yazını oxuyanda düşünə bilərsiniz ki, hansısa bir kəndin sakini Qulamın işiqların söndürülməsinə nə dəxli var? Qulam mühəndis olmasa da, bu məsələdə onun təcrübəsi yoxdu. Qulam Bakı şəhərinə gəlməzdən əvvəl xeyli müddət kənddə yaşayıb. Onun dediyinə görə o, hələ 6-cı sinifdə oxuyanda işıqların "söndürülməsinin" və ya "yandırılmasının" səbəbinin hər hansı qəza olmasına inanmırdı. Qulam deyir: Yaxşı yadımdadı 1998-ci il idi. Mən hələ 6-cı sinifdə oxuyurdum bizim kənddə işiqlar ancaq axşam saat 20:00 –da AZTV1-də Xəbərlər proqramı başlayanda yandırılırdı. Xəbərlərdən dərhal sonra “Mehriban Düşmən” serialı başlayırdı. Mən də, atam mənə əsəbləşməsin deyə, evdəki yemək masasının altında gizlənərək, bu serialı izləməli olurdum. Amma, çox vaxt serialın çox maraqlı yerində ya işıqlar sönürdü ya da xəbərlər proqramından dərhal sonra “Xəbərlərin xüsusi buraxılışı” başlayırdı və bununla da seriala baxmaq arzumuz ürəyimizdə qalırdı. Bizim görüb götürəcəyimiz işıq elə bu olurdu. Amma insafən deyim ki, bəən günün müxtəlif vaxtlarında qəfldən işıqlar yanırdı. Elə ki, televizoru (o vaxtlar bizim kənddə ancaq AZTV1 yayımlanırdı) açırdıq, canlı yayımda hansısa dövlət tədbirini birbaşa yayımlayırdılar. O vaxtlar da işıqların sönməsinin “qəza” səbəbiylə olmasını söyləyirdilər. Niyə işiqların AZTV1-də “Xüsusi buraxılışlar”, canlı yayımlar olanda yandırılmasının isə səbəbini heç kim izah edə bilmirdi. Amma bu sual məni çox maraqlandırırdı. Evdə atamla, məktəbdə müəllimlərimdən bu suala cavab istəyəndə eyni cavabı almışdım: böyüyərsən, gedərsən Bakıya oxumağa, onda bilərsən. Məni çox maraqlandırıdı əgər işiqlar “qəza” səbəbiylə yanmırsa, nəyə görə bu qəza “Xəbərlərin Xüsusi buraxılışı” olan günlər (hərçənd ki, ayda 4 ya 5 belə gün olurdu ki xəbərlərin xüsusi buraxılışı olmasın) baş vermir? Nəyə görə bu qəza hava şəraitinin qarlı, saxtalı, yaqışlı və çovğunlu günləri deyil, adi günləri baş verir? O vaxtlar uşaq təfəkkürü ilə fikirləşərək qəzanın ancaq təbii və texniki hadisələrindən baş verdiyini düşünürdüm. Ancaq indi fikirləşirəm ki “Qəza” insanların mənəviyyatlarında da baş verirmiş. Bu həm də çox təhlükəli “Qəza” imiş. Bu “Qəza”nın nəticəsi insanları azad düşünmək, sərbəst toplaşmaq, hüquq və azadlıqlarını tələb etmək, seçmək, seçilmək və digərlərindən amansızcasına məhrum edir. Qulamın fikirlərini dinlədikdən sonra deyə bilərəm ki, kənddə yaşamasına baxmayaraq həqiqətən də, bu adam əslində onu idarə edənlərin “gizli” əməlindən xalidir.
Bu xəbər oxucular tərəfindən 1585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed