Şrift:
Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
29.01.2015 [13:46] - Gündəm, Gənclik, Mədəniyyət
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyindən aldığımız ilkin xəbərə görə Avropa Azərbaycan Məktəbinin dörd şagirdi Bakı şəhəri üzrə keçirilən fənn olimpiadasında qalib gələrək respublika turuna vəsiqə almışlar.
XI sinif şagirdlərindn Günay Məmmədova və Fərid Muradov keçən il də respublika olimpiadasında iştirak etmişlər. Günay Azərbaycan dili və ədəbiyyatı üzrə birinci, Fərid isə tarix fənni üzrə IV yeri tutmuşdur. Bu il onların hər ikisi respublika turunda tarix fənni üzrə öz billiklərini nümayiş etdirəcəklər.
XI sinif şairdi Əsmər Quliyeva respublika bilik yarışında Azərbaycan dili və ədəbiyyatı fənnindən məktəbdə qazandığı biliklərin doğruluğunu ğöstərəcəkdir.
AAM-in IX sinif şagirdi Əminə Hüseynli respublika fənn olimpiadasında riyazi təfəkkürünün gücünü və qüdrətini göstərəcəkdir. O,keçən ilin noyabrında Antalyada keçirilən fənn olimpiadasından Bakıya AAM-in qalib şagirdlərindən biri kimi qayıtmışdır.

Avropa Azərbaycan Məktəbində fəxr edirlər ki, artıq onların olimpiada komandası var.
Komandaya üzv olmaq istəyənlərin sayı yarışdan-yarışa,olimpiadadan olimpiadaya çoxalır.


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin müəllimi.


28.01.2015.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed