Şrift:
"Microsoft" Azərbaycanın startap layihələrinin dünya bazarına çıxmasına kömək edir
31.01.2015 [10:11] - Gündəm, Sosial
"Microsoft" şirkəti beynəlxalq "Microsoft BizSpark" proqramı çərçivəsində Azərbaycanın startap layihələrinin dünya bazarına çıxmasına yardım edir.

Bu barədə "Microsoft Azerbaijan" şirkətindən bildirilib.

"Microsoft BizSpark" proqramının üstünlükləri Yüksək Texnologiyalar Parkının biznes-inkubatorunda və "Bakcell" şirkətinin "AppLab" mobil əlavələri istehsalçılarının İnnovasiya Mərkəzində təzəcə fəaliyyətə başlayan sahibkarlara təqdim olunacaq.

"Microsoft BizSpark" proqramının təqdimatı yanvarın 31-də Yüksək Texnologiyalar Parkında keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed