Şrift:
Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il fevralın 2-də keçirilmiş iclasında Fərəc Quliyevin çıxışı.
02.02.2015 [15:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Sağ olun cənab sədr.
Milli Məclisin 2015-ci il yaz sesiyasının qanunvericilk işləri planında çox mühüm məsələlər yer alir.Amma bir neçə məsələnin də plana daxil olmasını vacib sayıram.
-Birinci məsələ yoxsulluqla mübarizə siyasətini özündə ehtiva edir. Büdcənin sosiyalyönümlüyü əhalinin həyat tərzində görünməlidir. Əhalinin layiqli həyat səviyyəsinin təmin olunması , yoxsulluqla mübarizə siyasəti həyata keçirilməsi üçün,ehtiyac meyarı,yaşayış minimumuna yanaşma dəyişməlidir. Ehtiyac meyarını yaşayış minimumuna çatdırmaq siyasəti əvəzinə , nisbi yoxsulluq siyasəti yürüdülməsi vacibdir .Bu siyasəti həyata keçirmək üçün müvafiq dəyişikliyə ehtiyac var .
- İkinci heç kimə sir deyil ki,Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün, bir çox amillərlə yanaşı Dövlət-Bazar- Mülki cəmiyyət münasibətlərində kölgə iqtisadiyyatına yer olmamalıdır.
Kölgə iqtisadiyyatına yönəli siyasət hazırlanmayınca , bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznes aktivliyini saxlayacaq, vergidən yayınanları vergiyə cəlb etmək mümkün olmadıqca isə dövlət büdcəsi ağır itkilərə məruz qalacaqdır .Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir.Milli Məclis də öz növbəsində kölgə iqtisadiyyatına yönəli siyasət hazırlanması üçün müvafiq qanun qəbul etməlidir.
-Büdcə müzakirələrində qaldırdığım bir məsələnin yaz sesiyasının qanunvericilk işləri planına daxil edilməsini təklif edirəm. Kommunal sektorun idarəetməyə verilməsini təmin edən siyasət hazırlanmasına ehtiyac var. Söhbət istilik təchizatı, elektrik enerjisi və qaz sektorundan gedir. Dövlət, mülkiyyətini özündə saxlamaq şərti ilə bu sektoru özəl idarəetməyə verməlidir.
-Mən kecən il Sizin qarşınızda çıxış edib Milli Məclisin ehtiyat fondunun yaradılması məsələsini qaldırmışdım, bir başqa formada başqa deputatlar da bu məsələyə toxunmuşdurlar. Hesab edirəm ki,bu məsələ aktuallığını saxlayır. Milli Məclis bu məsələdə təvazükar davranır və muvafiq icra strukturları da bundan sui istifadə edərək Milli Məclisin ehtiyat fondunun yaradılmasına biganəlik göstərirlər.
-Əvvəllər də qaldırdığım məsələni yenə diqqətinizə çatdirmaq istəyirəm.Təklif edirəm ki, qarşıdakı yeni təhsil ili Azərbaycan ali məktəblərinə qəbul üçün Azərbaycan hökuməti Gürcüstan doğumlu soydaşlarımız üçün bir limit ayırsın – bu, 50-100 yer və ya başqa rəqəmlə ifadə oluna bilər. Amma hər halda biz Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı yerlərin kadr təminatı üçün addım atmalıyıq. Azərbaycan ali məktəblərinə qəbul üçün məhz onların arasında bir testin keçirilməsi və limitdə nəzərdə tutulan sayda ən yaxşılarının seçib, Azərbaycan dövləti hesabına təhsil verib, təyinatla yalnız oraya göndərilməsini təmin etməliyik.Bununla bağlı Milli Məclis muvafiq qanun qəbul etməsi və ya qanunlarda dəyişiklik etməsi yerində olar.Digər təkliflərimi yazılı olaraq Milli Məclisin müvafiq strukturlarına təqdim edəcəm.
Təşəkkür edirəm.
MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1121 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed