Şrift:
Fərəc QULİYEV: - Bu çox ciddi siyasi səhifə olacaq
13.02.2015 [13:08] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Ümummilli məsələlərdə müxalifət və iqtidar mövqeyindən asılı olmayaraq, vahid mövqedən çıxış etmək vacibdir”.

Bunu Milli Dirçəliş Hərəkatı partiyasının sədri, millət vəkili Fərəc Quliyev Hafta.az-a açıqlamasında deyib. O əlavə edib ki, bu həm də siyasi islahatlar üçün bir baza halını alıb:

“Prezidentin struktur və kadr islahatından sonra bu siyasi addımın da atılmasını islahat kimi qəbul edirəm. Hesab edirəm ki, ölkədəki faydalı ictimai işlərin ardınca da siyasi partiyaların bu məsələdə iştirakı normal bir məcraya düşəcək. Masa ətrafında da bir çox mövzular işlənildi. Qaydalara görə, 2 aydan bir yığılacağıq. Problemlər faydalılığına və vacibliyinə görə sadalanacaq, ona uyğun da həllini tapacaq. Bu görüşü Azərbaycan ictimai-siyasi həyatında yeni addım adlandırıram. Hesab edirəm ki, bu çox ciddi siyasi səhifə olacaq”.

Əli Rais, Hafta.az
Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed