Şrift:
İraqda “İŞİD” ABŞ hərbçiləri olan aviabazaya hücum edib
14.02.2015 [00:35] - Gündəm, Hərb
raq ordusu “İŞİD” qruplaşmasının ABŞ və digər Qərb ölkələrinin xidmət etdiyi “Əyn-əl-Əsəd” aviabazasına hücumunu dəf edib.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə nazirliyinin nümayəndəsi Stiv Uorren bildirib.

Onun sözlərinə görə, döyüş zamanı 8 terrorçu məhv edilib. Qeyd olunur ki, adıçəkilən aviabazada 400 ABŞ hərbi mütəxəssisi yerləşdirilib. Onlar hərbi əməliyyatlarda iştirak etmirlər, yalnız hərbi bazalarda İraq ordusuna kömək məqsədilə çalışırlar.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed