Şrift:
Magistratura imtahanında ən yüksək nəticə 96 bal olub - FOTO
24.02.2015 [16:52] - Xəbərlər, Gənclik
Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə fevralın 22-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) verdiyi məlumata görə, nəticələr fevralın 24-də saat 12:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib.
Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.

Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə də tanış ola bilər.
İmtahanda iştirak etmək üçün 23231 bakalavr qeydiyyatdan keçmişdir. Onlardan 2669 nəfər imtahana gəlməmiş, 4 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 20558 nəfər iştirak edib.

İmtahanda ən yüksək nəticə isə 96 bal olub.

Qəbul imtahanının I mərhələsində ən yüksək nəticə göstərmiş bakalavr -Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Nəcəfquluzadə İsmayıldır.
Magistratura imtahanında ən yüksək nəticə 96 bal olub - FOTO

Qeyd edək ki, İsmayıl qeyd olunan imtahanda 100 mümkün baldan 96 bal toplayıb.

Xatırladaq ki, Nəcəfquluzadə İsmayıl 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 672 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.
Bu xəbər oxucular tərəfindən 911 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed