Şrift:
Əli Rzayinin ailəsi onun vəziyyətindən nigarandır
26.02.2015 [01:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
3 həftə öncə yaxalanan azərbaycanlı fəalın ailəsi onun durumundan nigarandır.
Əli Rzayinin həyat yoldaşı Şiva Dadaşzadə bildirib ki, bu günə qədər həyat yoldaşının vəziyyəti ilə bağlı heç bir məlumat əldə edə bilməyib.

Xanım Dadaşzadə və Rzayinin vəkili 3 həftədir onunla görüşüb vəya telefon əlaqəsi saxlamağa çalışırlar, lakin buna nail ola bilməyiblər.

Xanım Dadaşzadə bu barədə bəzi düşündürücü suallar irəli sürüb: “Bu günə qədər təknəfərlik məhbəsdə saxlanılan Əlinin durumunun necə olduğunu bilmirik! Acaba Azərbaycan övladları qanuni və mədəni hüquqlarını tələb etdiklərinə görə təknəfərlik məhbəslərə salmaq anayasa və beynəlxalq konvansiyalara qarşi deyilmi?! Hansı qanuna görə Əli təknəfərlik məhbəsdə saxlanılır?! Hansı qanuna əsasən müttəhim vəkil tutmaq haqqında məhrum olmalıdır?! Və s.

Qeyd edək ki, Azərbaycanlı fəal fevralın 4-də (bəhmənin 15-də) Bəndər Abbasa ezamiyyətə (məmuriyyət) gedərkən yolda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Üzərində axtarış aparılan fəala aid bir sıra şəxsi əşya o cümlədən kitab, kompüter və hətta toy mərasimi filmi məmurlar tərəfindən zəbt olunub.

Fevralin 8-də isə fəalın həyat yoldaşı Şiva Dadaşzadə dindirilməyə çağrılıb. ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) xəbər mərkəzi xanım Dadaşzadəni həyat yoldaşının ittihamı və vəziyyəti ilə bağlı maraqlandığı və prosesi təqib etdiyinə görə dindirməyə çağırıb. Xanım Dadaşzadənin şəxsiyyət vəsiqəsi (şinasnamə) də məmurlar tərəfindən zəbt edilib.
GünAz TV
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed