Şrift:
-Səhənd” musiqi qrupunun konserti ETTELAAT tərəfindən ləğv edilib
26.02.2015 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Səhənd” musiqi qrupunun nəzərdə tutduğu konsert Salmas şəhərinin ETTELAAT (İran Kəşfioyyat Nazirliyi) idarəsi tərəfindən ləğv edilib. Bu o halda baş verib ki, musiqi qrupu Fərhəng və İrşad-i islamı idarəsindən icazə də əldə edib.
Əldə etdiyimiz məlumata görə, sözü gedən konsert fevral ayının 25, 26 və 27-də həyata keçirilməli idi, lakin təyin olunmuş vaxta bir gün qalmış konsert Salmasın ETTELAAT idarəsi tərəfindən ləğv edilib!

Salmasın Fərhəng və İrşad-i İslami Amfiteatrında keçirilməli olan konsertin əsas üzvləri Abdullah Xəlilzadə, Cəfər Əfşar, Babək Hacızadə və Daryuş Xəlilzadədən ibarət olub.

Xatırladaq ki, keçən həftələrdə Güney Azərbaycanın Qoşaçay və Şot şəhərlərində də oxşar konsertlər ETTELAAT tərəfindən ləğv edilmişdir.
Bu xəbər oxucular tərəfindən 643 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed