Şrift:
Fərəc Quliyev: -Belə cəhdlərin xeyri olmayacaq.
06.03.2015 [13:57] - Özəl xəbər, Fərəc Quliyev
“I Avropa Olimpiya Oyunları hər bir ölkənin prestijinə təsir göstərə biləcək səviyyədə idman tədbiridir. Ölkəmizi beynəlxalq arenada daha yaxşı tanıtmaq üçün bu kimi tədbirlərdən səmərəli şəkildə istifadə etməliyik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan həqiqətlərini bilməyən şəxslər bu ölkəyə gəlib qayıdandan sonra ölkəmizlə bağlı olan fikirlərini dəyişirlər: “Bizim düşmənlərimizin narahatçılığının səbəbi isə məncə hər kəsə bəllidir. Onlar əmindirlər ki, ölkəmizə müxtəlif ölkələrdən gələn qonaqlar buradakı inkişafı və gerçək durumu biləcəklər. Bu da heç bir halda həmin dırnaqarası qurumlara sərf edən addım olmaz. Ona görə də erməni lobbisinin əlində olan “Amnesty İnternational” kimi qurumlar daha çox çalışırlar ki, bu Olimpiya Oyunları ya baş tutmasın, ya da zəif təşkil olunsun. Ancaq mən tam əminəm ki, bu cür cəhdlərin heç bir xeyiri olmayacaq və ölkəmiz bu idman tədbirini çox uğurlu şəkildə keçirəcək. Bəzi beynəlxalq təşkilatların narahatçılıqlarının arxasında Azərbaycanın siyasi divident götürməsi, Azərbaycan həqiqətlərinin ortaya çıxması və erməni lobbisinin fəaliyyətlərinin puç olması əndişəsi var”.

Eltun
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed