Şrift:
Məlikan şəhəri Təhsil Şöbəsinin rəisi: -Məktəblərinin 70 faizi köhnədir
18.03.2015 [12:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində təhsil ocaqları bərbad durumdadır və bu vəziyyətin düzəlməsi üçün dövlətdən çox xeyriyyəçi şəxslərə ümid edilir.
Məlikan şəhəri Təhsil Şöbəsinin rəisi məktəblərin inkişafında xeyriyyəçilərin rolu barəsində keçirilən iclasda bildirib ki, “Məlikan məktəblərinin 70 faizdən çoxu köhnədir, onlar 40 ildən çoxdur istifadə olunur.”

İrəc Hatifi bəzi məktəblərin çökə biləcəyi ilə bağlı xəbərdarlıq da edib: “Məlikan kəndlərində bəzi məktəblər 50 ildən çoxdur istifadə olunur və onlar hər an çökə bilər.”

Təhsil şöbəsinin rəisi məhrum məntəqələrdə tikilən məktəblərə də işarə edib. O bildirib ki, “Qaraxızır, Şirvan Şahlı, Xankəndi, qədim Yolqunlu və Ləklər kəndində Bərəkət Bonyadı (fond) tərəfindən 5 məktəb tikilib və bununla da bu şəhərin təhsil ocaqlarına 30 dərs otağı əlavə olunub.”
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed