Şrift:
İsveç restoranında atışma nəticəsində iki nəfər həyatını itirib
19.03.2015 [11:35] - Gündəm, Hadisə
Naməlum, silahlı şəxslər İsveçin Geteborq şəhərinin restoranlarının birində atəş açıblar. Bu barədə Lenta agentliyi məlumat verir.

Hadisə çərşənbə günü Vorvederstoryet meydanında yerli vaxtla 22:23 ətrafında baş verib. Şahidlərin sözlərinə görə, futbol matçının izləmə zamanı restorana iki silahlı şəxs daxil olub və atəş açıblar.

Yaralıların sayı çox olduğundan, ölənlər sayının çoxalma ehtimalı var.

Hələ ki polis tərəfindən saxlanılan yoxdu. Ehtimal olunur ki, cinayət törədənlər yerli qruplaşma üzvləridir.

Bundan öncə, martın 18 "Fields" ticarət mərkəzində oxşar hadisə baş vermişdir. 3 nəfər yaralanmışdır. Şübhəli bilinən 3 nəfər polis tərəfindən saxlanılmışdır.
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed