Şrift:
Bakı-Tbilisi-Ceyhan üzrə neft nəqli artıb
28.03.2015 [16:57] - Xəbərlər, İqtisadiyyat
2015-ci ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 5,9 milyon ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 2 ayının yekunu üzrə hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, yanvar-fevral aylarında ölkənin magistral neft kəmərləri üzrə nəql edilmiş bütün neftin 77,6%-i BTC-nin payına düşüb.

Hesabat dövründə ümumilikdə ölkənin magistral neft kəmərləri üzrə 7,6 milyon ton neft nəql edilib ki, bu da 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1% çoxdur.

Yanvar-fevral aylarında Cənubi Qafqaz qaz kəməri üzrə (Bakı-Tbilisi-Ərzurum) 1,2 milyard kubmetr qaz tədarük edilib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.

Yanvar-fevral aylarında ölkənin magistral qaz kəmərləri ilə 4,3 milyard kubmetr qaz nəql olunub. Bu, ötən ilin analoji dövründəki göstəricinin səviyyəsinə uyğundur.
Bu xəbər oxucular tərəfindən 995 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed