Şrift:
Neft Komandasının baş məşqçisi: -Təbriz əhalisi bizi halal etsin, murdar və qeyri-peşəkar işə əl atdılar...!
16.05.2015 [19:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əlirza Mənsuriyan: “Mən oyunun axırında Tuni Oliveraya çempion olduqlarına görə təbrik dedim. Lakin belə bir qeyri-futbol ssenarisi baş tutdu"


“Traxtur”a qarşı həyata keçirilən hiyləkar plan "Neft" komandasının baş məşqçisini də dilə gətirdi.
Əlirza Mənsuriyan “Traxtur-Neft” müsabiqəsi 3:3 hesabı ilə başa çatdıqdan sonra jurnalistlərin içində rejimin ssenarisini ifşa edib.

O deyib: “Oyundan öncə Tuni Oliveraya dedim ki, ya siz bizə qalib gələcəksiniz ya da biz sizə. Bizim ikimizdən birimiz çempion olacayıq. Lakin oyunun axırına 6, 7 dəqiqə qalmış bir murdar və qeyri-peşəkar plan işə düşdü. Dedilər ki, “Sepahan”la “Saypa” müsabiqəsi bərabər hesabla sona çatmaqdadır və bu yalan xəbər, bizim və “Traxtur”un hücum və müdafiə işlərimizi pozdu.”

Baş məşqçisi sözlərini belə davam etdirib: “Biz əlavə verilən 6 dəqiqə vaxtdan düzgün istifadə edə bilmədik. Ey kaş ya “Traxtur” bizə dördüncü qolu vurardı, ya da biz onlara. Ama qeyri-peşəkar planı işə saldılar. Bir nəfər əlini qaldırdı və dedi ki, “Sepahan-Saypa” müsabiqəsi 2:2-dir.

“Neft”in baş məşqçisi bildirib ki, “mən oyunun axırında Tuni Oliveraya çempion olduqlarına görə təbrik dedim. Lakin belə bir qeyri-futbol ssenarisi baş tutdu, Təbriz əhalisi bizi halal etsin!

Bilmirəm kim belə bir planda bulundu və son 8 dəqiqədə bizim “Traxtur”a və “Traxtur”un bizə hücumu dayandı.”

O əlavə edib ki, “Traxtur” çempion olduğunu düşünürdü və oyunu idarə edirdi. Biz də dördüncü qolu vurmağa çalışırdıq. Mənim fikrimcə son 6, 7 dəqiqə İran futbolunun 6, 7 acı dəqiqəsidir. Bu dəqiqələrdə xəbər olduğu kimi çatdırılmadı.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed