Şrift:
Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan əsgərinin ermənilər tərəfindən əsir götürülməsi xəbərini təsdiqləyib
25.01.2012 [10:37] - Gündəm
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Azərbaycan əsgərinin ermənilər tərəfindən əsir götürülməsi barədə xəbəri təsdiqləyib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova APA-ya açıqlamasında bildirib ki, BQXK-nın Xankəndi ofisinə Dağlıq Qarabağın “de-fakto” hakimiyyət orqanları tərəfindən bir Azərbaycan əsgərinin əsir götürüldüyü barədə məlumat verilib. Ş. Qəhrəmanova mümkün olan kimi BQXK-nın ona baş çəkəcəyini bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Yuxarı Çaylı kəndi yaxınlığında Azərbaycan əsgərinin əsir götürülməsi barədə məlumat yayıb. Əsir götürülən əsgər Axundzadə Məmmədbağır Talıb oğludur.
Bu xəbər oxucular tərəfindən 1319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed