Şrift:
Azərbaycanda yaşayan Axısxa Türkləri qurultaya hazırlaşır
27.01.2012 [17:19] - Türk dünyası-Turan
Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” Cəmiyyəti növbəti 8-ci qurultayını keçirmək üçün artıq yanvar ayının 3-də təşkilat komitəsi yaradıb.

Bu barədə Təşkilat Komitəsinin katibi Mərdəli Süleymanov məlumat verib. Bildirib ki, bütün bölgələrdə iclaslar keçiriləcək və hər 200 nəfərə bir nəfər Qurultay nümayəndəsi seçiləcək. Yaradılan təşkilat komitəsi artıq qurultay nümayəndələrini seçmək üçün bölgələrdə iclasları keçirməyə başlayıb. Qurultay mart ayının 3-də Bakı şəhərində keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed