Şrift:
Rəfsəncani: Millət mütəşəkkil şəkildə seçkilərə qatılaraq ifratçılara böyük dərs verəcəklər
19.09.2015 [12:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani sentyabrın 17-də universitet müəllimləri və tələbələri ilə görüşərək ölkə prezidenti Həsən Ruaninin hökumətini dəstəkləyib.
Ruhani hökumətinin xalqa verdiyi bir sıra vədləri yerinə yetirmədiyinə görə tənqidə məruz qaldığına toxunan Rəfsəncani hökumət qarşısında olan maneələrdən danışıb: “Müxaliflərin müxtəlif bəhanələr ortaya atmasını, mövcud siyasi maneə və məhdudiyyətləri nəzərə alaraq hökumətin bu günə qədər gördüyü işlər qənaətbəxşdir. İranın nüvə məsələsinin həlli də bu hökumətin gördüyü ən mühüm işlərdən biridir”.

Rəfsəncani, Qərblə nüvə razılaşmasına qarşı çıxanları “xalqın və milli mənafeyin əleyhinə çıxan radikal müxaliflər” adlandırıb: “Əgər radikal qüvvələr öz müxalif mövqe və çıxışlarını qarşıdan gələn parlament seçkisinə qədər davam etdirsələr, xalq hər şeyi anlayacaq və iki il əvvəl prezident seçkisinə kütləvi halda qatıldığı kimi, martda keçiriləcək seçkilərə də mütəşəkkil şəkildə qatılaraq ifratçılara böyük bir dərs verəcək”.

Rəfsəncani bildirib ki, hazırda siyasi baxımdan etibarlı şəxsiyyətlər, kifayət qədər savadı, intellekti, siyasi bacarıq və təcrübəsi olan bir sıra tanınmış şəxslər qarşıdan gələn parlament seçkisinə qatılmağa hazırlaşır.
Bu xəbər oxucular tərəfindən 718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed