Şrift:
Əmək fəalının saxlanma müddəti uzadılıb
10.10.2015 [12:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, keçən günlərdə Təbrizdə əmək fəalı Əli Faizpur tutulub və bu şəhərin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsinə aparılıb.
Fəal oktyabrın 3-də (mehrin 11-də) ETTELAAT məmurları tərəfindən evindən çıxarkən yaxalanıb. Məmurlar fəalı yaxaladıqdan sonra onun evində 1 saat müddətinə axtarış aparıblar.

Təbriz inqilab məhkəməsinin 4-cü şöbəsinin hakimi fəalın oktyabrın 5-də (mehrin 13-də) 100 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılacağını elan etsə də, bu mümkün olmayıb. Məlumata görə, Ə.Faizpurun ailəsi məhkəməyə müraciət etdikdən sonra, onun saxlanma qərarının daha 10 gün uzadıldığı məlum olub.

Bildirək ki, əmək fəalı bundan öncə də təhlükəsizlik qüvvələri tərəfindən idarəyə çağırılıb və müxtəllif təhdidlərə məruz qalıb.

Ə.Faizpurun yaxalanmasının səbəbi və ona qarşı irili sürülən ittihamlarla bağlı məlumat olmasa da, onun keçən həftələrdə Evin zindanında qəflətən dünyasını dəyişən əmək fəalı Şahrux Zamaninin dəfn mərasimində iştirakı ilə bağlı yaxalandığı ehtimal olunur.
Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed