Şrift:
Meksika Konqresində Xocalı soyqırımı ilə bağlı 2011-ci ilin noyabr və dekabr aylarında iki qətnamə qəbul edilib
31.01.2012 [19:18] - Gündəm
Dünən sosial şəbəkələrdə Meksikanın Xocalı soyqırımını tanıması və Ermənistanı qınayan bəyanat yayması haqda fotolar və məlumatlar yayılıb. Məsələni dəqiqləşdirmək üçün Azərbaycan Meksikadakı səfirliyilə əlaqə saxlayıb.
Səfirliyinin mətbuat xidmətindən bildirilib ki, Xocalı soyqırımı ilə bağlı Meksika senatında qanun noyabr və dekabr aylarında qəbul olunub: “Meksika Konqresində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı 2011-ci ilin noyabr və dekabr aylarında iki qətnamə qəbul edilib. 4 noyabr tarixində Senatda, 8 dekabrda isə Deputatlar Palatasında. Qərarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən bəhs olunaraq, Madrid prinsiplərinin mahiyyəti açıqlanaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi və məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmalarının vacibliyi qeyd edilib”.
Səfirlikdən bildirilib ki, dünən sosial şəbəkələrdə yayılan məlumatın mənbəyi haqda onlarda məlumatları yoxdur: “Bu gün "Facebook"da yayılan məlumatların mənbəyindən xəbərimiz yoxdur. Güman edirik ki, bu məlumatlar şəkil formatında düzəldilmiş bannerdən götürülüb. Həmin bannerdə "Bu gün Meksika Senatı Xocalı soyqırımını tanıdı" sözləri yazılıb. Ola bilər ki, həmin banner 2011-ci ilin noyabr və ya dekabr aylarında hazırlanıb və bannerin məhz bugünkü tarixdə dərc edilməsi insanları çaşdırıb. Hər-halda, burada mənfi bir hal görmürük. Zənnimizcə, bilməyənlərin də məlumatı oldu”
Bu xəbər oxucular tərəfindən 2334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed