Şrift:
Elşən Manafov: “Artıq Qərbdə müəyyən dairələr Azərbaycanla münasibətində özünün müəyyən etdiyi qırmızı həddi bilərəkdən keçir”
19.10.2015 [01:02] - Gündəm, Siyasət
Avropa ölkələri, ABŞ hər zaman bildirir ki, Azərbaycan təbii ehtiyatlarla zəngin ölkə olaraq Qərbin enerji təminatında mühüm rol oynayır. Bu fikri indi də söyləyir, ölkəmizin həmin istiqamətdə əhəmiyyətinin get-gedə artdığını bildirirlər.
Sözsüz ki, Azərbaycan Qərbin neft və qaza olan tələbatının ödənilməsinə xüsusi töhfə verən ölkələrdəndir. Bu mənada Qərb dövlətləri arasında Azərbaycanın xüsusi çəkisi vardır. Lakin maraqlıdır, Qərb enerji təminatı məsələsində Azərbaycanın rolunu qeyd etsə də, burada müəyyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyasını da davam etdirir. Qərbdəki bir sıra təşkilatlar sanki yarışa girişirmiş kimi bir-birinin ardınca ölkəmizlə bağlı qərəzli qərarlar, bəyanatlar verirlər.


Politoloq Elşən Manafovun fikrincə, Qərbdə müəyyən dairələr ölkəmizə münasibətdə formalaşan mövcud paradoks Azərbaycan dövlətinin müstəqil siyasət yütürməsindən onların narahat olmasından qaynaqlanır: "Qərbin bir tərəfdən ölkəmizi onları enerji ilə təmin etməyə görə tərifləməsi, amma eyni zamanda Azərbaycana qarşı çirkin kampaniya aparmaqda davam etməsi paradoksu bütün hallarda Azərbaycan iqtidarının həm regionla bağlı geosiyasi olayları, həm ölkəmizin milli, təhlikəsizlik maraqlarını nəzərə alaraq müstəqil, düşünülmüş, məqsədyönlü və uzaq gedən məsələlərə xidmət edən siyasətinin mahiyyətindən irəli gəlir. Bütün hallarda Qərb Azərbaycanı özünün müəyyən etdiyi müstəvi üzərində görmək istəyir. Bu müstəvi hüquqi və geosiyasi anlamda qəbul olunmalıdır.
Qərbi Azərbaycanın digər region dövlətləri, xüsusən də Rusiya və İranla münasibətlərinin mahiyyəti, xarakteri getdikcə daha çox narahat edir. İllərdir ki, Qərb Azərbaycan iqtidarına məhz özünün maraqlarına cavab verən və dolayısı ilə dövlətimizin maraqlarına cavab verməyən bir müstəvi üzərində digər region dövlətlərinə münasibətləri qurmağı tövsiyə edir. Azərbaycan iqtidarı da ölkəmizin milli və dövlətimizin təhlükəsizlik maraqlarından çıxış edərək müstəqil siyasətini davam etdirir. Bundan narahat olan Qərbdə müəyyən dairələr Azərbaycanla münasibətində özünün müəyyən etdiyi qırmızı həddi bilərəkdən keçir.
Azərbaycan iqtidarı isə dövlətimizin maraqlarından çıxış edərək, bütün hallarda dövlət və xalqımızın mənafeyinə cavab verən siyasətini davam etdirəcək. Çünki bu siyasətin arxasında, Qərbin özünün də sosioloji rəyinə görə, Azərbaycan xalqının geniş dəstəyi vardır. İqtidar xalq tərəfindən olan bu dəstəyi qiymətləndirir, ona görə də həyata keçirdiyi siyasəti möhkəmdir və həmin siyasəti uzun müddətli strateji məqsədlərdə həyata keçirməkdə israrlıdır”.




Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed