Şrift:
Daha iki “Sepah”çı öldürülüb
29.10.2015 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bunlardan biri, İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının üzvü, Əbuzər Əmcədiyandır. O, Suriyada gedən döyüşlərdə həlak olub. Hadisə bir həftə əvvəl baş versə də xəbər yenicə yayılıb.

Yayılan məlumatlara görə, “Sepah”çı Əbuzər Əmcədiyan bir həftə əvvəl Suriyanın Hələb şəhərində İraq-Şam İslam Dövləti (İŞİD) qüvvələrinə qarşı həyata keçirilən hərbi əməliyyatda öldürülüb. Onun meyitinin ölkəyə gətirilib-gətirilmədiyi barədə məlumat yayılmayıb.

“Sepah”ın daha bir üzvü Məhəmmədrza Əsgəri Fərd isə Suriyada İŞİD-çilər tərəfindən öldürülüb.

İranın Xürrəmşəhr şəhərindən Suriyaya göndərilmiş “Sepah” üzvü bir neçə gün əvvəl bu ölkənin Hələb şəhərinin yaxınlığında İŞİD-çilərə qarşı həyata keçirilən hərbi əməliyyatda həlak olub. Onun Suriyaya nə vaxt göndərildiyi, cəsədinin ölkəyə gətirilib-gətirilmədiyi haqda hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, son həftələrdə Suriya diktatorunu qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed