Şrift:
”Borçalının söz boğçası” kitabı işıq üzü görüb
04.02.2012 [17:11] - Borçalı
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və maddi dəstəyi ilə "Borçalının söz boğçası" seirlər və hekayələr kitabı işıq üzü görüb.

"Azpoliqraf" nəşriyyatında nəfis şəkildə dərc olunan kitabda Borçalı mahalının şair və yazarlarının əsərlərinə yer verilib. Emin Mahmudov, Abbas Abdulla, İsa İsmayılzadə, Vilayət Rüstəmzadə, Eyvaz Borçalı, Zəlimxan Yaqub, Xəzangül, Əflatun Saraclı, Tahir Hüseynov, Səadət Buta, Hamlet İsaxanlı, Nizami Saraclı, İftixar, Eyvaz Əlləzoğlu, Valeh Hacılı və s.. kimi söz sərraflarının əsərlərinin yer aldığı kitaba "Mədəni-maarif işi" jurnalının baş redaktoru Yaşar Vəliyev ön söz yazıb.

Xəzangülün "Qorxulu daşlar", "Allah, məni daş elə", "Gəlirəm, a qara zurna!", "Ziyarət", "Susa bilmirəm", "Gələcəm", "Yetim segah" şeirləri oxucuların diqqətinə təqdim olunmuşdur.
Bu xəbər oxucular tərəfindən 1572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed