Şrift:
Ketrin Eşton: İranla müzakirələrə hazırıq
05.02.2012 [00:19] - Gündəm
“Altılıq” ölkələri (Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya) mübahisəli nüvə proqramı ilə bağlı İranla müzakirələr aparmağa hazırdır. Bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib. Onun sözlərinə görə, dünya ictimaiyyəti problemin həlli üçün tərəflər arasında danışıqların bərpa olunmasının tərəfdarıdır: “Biz İranla müzakirələrin təkrar başlamasını gözləyirik. Mən danışıqların bərpa olunması üçün İrana məktub göndərmişəm. Görüş İstanbulda və ya İranın arzuladığı istənilən bir yerdə ola bilər”.
Bu xəbər oxucular tərəfindən 996 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed