Şrift:
Təbrizdə Suriyada öldürülmüş “Sepah”çı ilə vida mərasimi keçirilib
21.12.2015 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 1 üzvü, Məhəmmədrza Fəximi Suriyada gedən döyüşlərdə öldürülüb.
İranın Şərqi Azərbaycan əyalətinin Heris şəhərindən olan və Təbrizdə yaşayan Məhəmmədrza Fəximi bir neçə gün əvvəl Suriyanın Hələb şəhərində İŞİD-çilər tərəfindən öldürülüb. Onun Suriyaya nə vaxt göndərildiyi barədə məlumat yayılmayıb. “Sepah”çının meyiti ölkəyə gətirilərək dekabrın 20-də Təbrizdə dəfn edilib. Onunla vida mərasiminə “Sepah” rəsmiləri və “Bəsic” təşkilatının üzvləri qatılıb.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.

Təbrizdə Suriyada öldürülmüş “Sepah”çı ilə vida mərasimi keçirilib

Təbrizdə Suriyada öldürülmüş “Sepah”çı ilə vida mərasimi keçirilib

Təbrizdə Suriyada öldürülmüş “Sepah”çı ilə vida mərasimi keçirilib
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed