Şrift:
Azərbaycanda vergilər mobil telefonla ödəniləcək
07.02.2012 [14:18] - İqtisadiyyat
Azərbaycanda vergi və dövlət rüsumlarının on-layn rejimdə ödənilməsinə başlanılıb.

Vergilər naziri Fazil Məmmədovun imzaladığı əmrə əsasən, artıq bu gündən vergi və dövlət rüsumlarının internetlə ödənilməsinə başlanıb.

Bunu bildirən vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, artıq dövlət rüsumu və vergilər istənilən yerdən ödənilə bilər. Yaxın vaxtlarda isə rüsum və vergiləri mobil telefonla da ödəmək mümkün olacaq: «Hazırda bu ödənişlərin mobil telefon vasitəsilə həyat keçirilməsi üçün müvafiq işlər görülür və yaxın zamanlarda bu, başa çatdırılacaq».
Bu xəbər oxucular tərəfindən 1279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed