Şrift:
Urmiya zindanında donuz qripinə yoluxan 2 məhbus həyatını itirib
11.01.2016 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiya şəhərinin zindanında donuz qripinə yoluxan 2 məhbus ölüb.
Urmiya zindanının məsulları 2 məhbusun donuz qripindən öldüyü barədə yayılan məlumatı təsdiqləsələr də onların adlarını mediaya açıqlamayıblar. Məhbusların bəziləri hüquq müdafiəçilərinə bildiriblər ki, burada saxlanılan məhbusların çoxluğu, kameralardakı sıxlıq və zindan klinikasının minimum imkanlara malik olmasını qripin sürətlə digər məhbuslar arasında yayılması təhlükəsini artırıb. Bu isə narahatçılığa səbəb olur.
Yayılan məlumatlara görə donuz qripi virusu Zahidan zindanında da bir neçə məhbusun canını alıb.
Qeyd edək ki, son aylarda İranın bəzi əyalətlərində donuz qripi virusunun geniş yayılması onlarla insanın həyatına son qoyub.
Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed