Şrift:
Bakı - Nyu-York aviareysi ləğv olundu
23.01.2016 [10:37] - Gündəm, Sosial
"Azərbaycan Hava Yollarının" (AZAL) Bakı - Nyu-York aviareysi ABŞ-da hava şəraiti ilə əlaqədar ləğv olunub. Bunu Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Bildirilib ki, təyyarənin Bakıdan uçuşu yanvarın 23-ü saat 06:00-da nəzərdə tutulmuşdu.

Qeyd edək ki, ABŞ-ın şərq sahillərində güclü qar yağması səbəbindən təxminən 5 min aviareys ləğv olunub.
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed