Şrift:
Ərdəbildə İcra Hakimiyyətinin qarşısında Etiraz Yığıncağı keçirilib
23.01.2016 [11:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil şpris (sorəng) zavodunun (karxanə) bir qrup işçisi bu şəhərin İcra Hakimiyyəti (fərmandari) binası qarşısında etiraz yığıncağı keçirib. Məlumata görə, işçilər bir neçə aydır maaşlarını ala bilmədikləri zavod rəhbərliyindən öz şikayətlərini bildiriblər.
Etirazçılar, səlahiyyətli şəxslərdən istəyiblər ki, zavod rəhbərliyini onların ödənilməyən maaşlarını ödəməyə məcbur etsinlər.
Bildirək ki, keçən həftələrdə “Səbəlan parça”, “Zob Ahən” və s. kimi zavodların işçiləri də oxşar səbəblərə görə etiraz yığıncağı keçirib.
Son aylarda Güney Azərbaycanın bütün bölgələrində çoxsaylı iş müəssisəsi iqtisadi gərginlikdən dolayı öz fəaliyyətini dayandırıb və bunun nəticəsində bir çox işçi iş yerini itirib.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed