Şrift:
Şərqi Azərbaycanda seçkilər ərəfəsində 25 sayt bağlanıldı
25.01.2016 [10:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejimi 10-cu parlament seçkiləri ərəfəsində kütləvi informasiya vasitələrinə təzyiqləri artırıb.
İran Ədliyyə Nazirliyinin Şərqi Azərbaycan Şöbəsinin rəisi bu vilayətdə 25 saytın bağlandığı ilə bağlı məlumat verib.
Hikmətəli Müzəffəri Şərqi Azərbaycanda seçkilərdə qanun pozuntularına qarşı yaradılan Mərkəzin keçirdiyi iclasda bildirib ki, “Şərqi Azərbaycanda qanunsuz fəaliyyət göstərən və qanun pozuntularına yol verən 25 internet saytı bağlanılıb”.
O əlavə edib ki, Ədliyyə Şöbəsi tərəfsiz bir şəkildə seçkilər ərəfəsində bütün qanunsuz əməllərə qarşı tədbir alacaq və 25 saytın bağlanması ilə bağlı verilən qərar o cümlədəndir.
H.Müzəffəri internet istifadəçilərinə xəbərdarlıq edərək əlavə edib ki, məhkəmə sistemi seçkilər ərəfəsində internetdə yayılan məlumatlar və qanun pozuntularını diqqətdə saxlayır və bütün təhrikedici çağırışlar və fəaliyyətlər ciddi şəkildə izlənilir.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed