Şrift:
Güney Azərbaycanda əkin yerləri çirkli sularla suvarılır!
03.02.2016 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif şəhərlərində tərəvəz məhsullarının əkin sahəsi çirkli sularla suvarılır. Şəhər kanalizasiya suyu ilə təhlükəli dərəcədə çirklənmiş sulardan kənd təsərrüfatı sahəsində istifadə etmək yerli əhalinin sağlamlığını təhlükə altında qoyub və bu bölgədə xərçəng (sərətan), bağırsaq və parazitar (əngəli) xəstəliklərinin günü-gündən artdığına səbəb olub.
Valilik rəsmilərindən biri etiraf edib ki, Əhər, Heris, Binab və Mərənd şəhərlərinin əkin yerləri çirkli kanalizasiya suları ilə suvarılır. O bildirib ki, qanuna uyğun olaraq bütün şəhərlərdə bu sahəyə icra başçıları (fərmandar) nəzarət etməli və problemi aradan qaldırmalıdır.

Məlumata görə, Güney Azərbaycan şəhərlərində Sağlamlıq Mərkəzi və Kənd Təsərrüfatı İdarəsi kimi səlahiyyətli orqanlar bölgə əhalisinin sağlamlığını təhlükə altına alan problemə qarşı heç bir tədbir almır və bu vəziyyət hələ də davam edir.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed