Şrift:
Azərbaycan Rusiyadan 19 vertolyot alıb, daha 32-ni də alacaq
10.02.2012 [17:20] - Hərb
2011-ci ildə Rusiya hərbi təyyarə və vertolyotların ixracını 50 faiz artırıb. Davam.az “Ria-Novosti”yə istinadən bildirir ki, Strategiya və Texnologiyalar Təhlil Mərkəzinin məlumatına görə, 2011-ci ildə xaricdən Rusiya hərbi təyyarələrinin tədarükü 4.82 milyard dollara qədər artıb.
Keçən il Rusiya Hindistana 12 “Mi-17V5” tipli 12 nəqliyyat vertolyotu, Əfqanıstana 9 “Mi-17V5” vertolyotu, İraqa 12 “Mi-171” vertolyotu satıb. Bununla yanaşı, Azərbaycana “Mi-8” və “Mi-7” tipli 15 vertolyot və “Mi-35” tipli 4 hərbi vertolyot satılıb. Keçən il Brazilyaya “Mi-35M”, Peruya 2 “Mi-35P”, Myanmara “Mi-35P” tipli 4 təmir olunmuş vertolyot çatdırılıb.
Mərkəzin verdiyi məlumata əsasən 2012-ci ildə Rusiyanın silah ixracatı 14 milyarda çatacaq. Hər şeydən əvvəl vertolyotlar Hindistan, Azərbaycan və Əfqanıstana ixrac olunacaq. Belə ki, Hindistana “Mi-17-V5” tipli 20, Azərbaycana “Mi-17” tipli 20 və “Mi-35” tipli 12, Əfqanıstana isə “Mi-17-V5” tipli 12 vertolyot satılacaq.
Bu xəbər oxucular tərəfindən 3284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed