Şrift:
Azərbaycanlı fəal Ərdəbilin Apellyasiya Məhkəməsinə çağırılıb
12.02.2016 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəal, Səid Sadeqifər Ərdəbilin Apellyasiya məhkəməsinə çağırılıb.
Fəala göndərilmiş çağırış vərəqəsində bildirilir ki, o, ETTELAAT-ın şikayəti ilə əlaqədar ifadə vermək üçün fevralın 23-də (İsfəndin 4-də) Ərdəbil Apellyasiya Məhkəməsinə gəlməlidir.

Qeyd edək ki, ərdəbilli fəal Səid Sadeqifər İran Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda azərbaycanlıların açıq şəkildə təhqir olunmasından sonra irqçiliyə qarşı etirazlara qatıldığına görə noyabrın 6-da (abanın 18-də) tutulmuşdu. Fəal, bir neçə həftə saxlanıldıqdan sonra mülk girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı. Xatırladaq ki, Səid Sadeqifər milli zəmində apardığı dinc fəaliyyətinə görə bundan əvvəl də bir neçə dəfə tutulub.
Bu xəbər oxucular tərəfindən 580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed