Şrift:
Azərbaycanda dövlət narkoloji-tibb müəssisələrinin bəzi səlahiyyətləri azaldıldı
10.03.2016 [10:43] - Gündəm, Sağlıq
Azərbaycanda narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin tətbiqinə yalnız dövlət narkoloji-tibb müəssisələrində icazənin verilməsi ilə bağlı olan mövcud şərt ləğv edilir.

Nazirlər Kabinetindən (NK) verilən məlumata görə, bununla bağlı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nda dəyişiklik edilib.

NK-nın digər qərarı ilə “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları”nda dəyişiklik edilib.

Yeni dəyişikliklərə uyğun olaraq, əvəzedici müalicə proqramının iştirakçısı yardımçı müalicə zamanı narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunduqda proqramdan çıxarılacaq və bir daha qaytarılmayacaq.
Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed