Şrift:
“Traxtur” Xuzistan komandasını da geri də qoyub
11.03.2016 [13:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yerli vaxtla saat 15:30-da Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” komandası ilə Xuzistanın Fulad komandası arasında başlayan qarşılaşma bu dəqiqələrdə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.
İran üzrə futbol klublarının super liqa yarışmalarının 23-cü həftəsində keçirilən yarış 3:2 hesabı ilə “Traxtur”un xeyirinə sona çatıb.

“Traxtur” tərəfindən 8-ci dəqiqədə Əyyub Kəlantəri, 63-cü dəiqəqədə Məhəmməd İranpuryan (penaltı) və 96-cı dəqiqədə Xalid Şəfii qol vurublar. “Fulad” tərəfindən isə Sasan Ənsari 66 və 91-ci dəqiqələrdə penalti zərbələrini qola çevirib.

Bu nəticədən sonra “Traxtur” 35 xalla (imtiyaz) müvəqqəti olaraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Xatırladaq ki, Səhənd stadionunda keçirilən qarşılaşma Futbol Federasyonu İnzibati Komitəsinin qərarına əsasən tamaşaçız keçirilib. “Traxtur” komandası bundan öncə də saxta ittihamlarla bir neçə dəfə cəzalandırılıb və tamaşaçısız müsabiqə keçirməyə məcbur edilib.
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed