Şrift:
Suriyada öldürülmüş azərbaycanlı “Sepah”çının meyiti ölkəyə gətirilib
18.03.2016 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 1 üzvü Rəhman Bəhrami Suriyada gedən döyüşlərdə həlak olub.
Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Güney Azərbaycanın Zəncan şəhərindən Suriyaya göndərilmiş “Sepah”çı Rəhman Bəhrami, bir neçə gün əvvəl Bəşər Əsəd müxalifləri tərəfindən öldürülüb. Azərbaycanlı “Sepah”çının meyiti ölkəyə gətirildikdən sonra martın 16-da Zəncan əyalətinin Xürrəmdərə şəhərində dəfn edilib. Bu, Suriyada öldürülən ilk azərbaycanlı “Sepah”çı deyil. Bundan əvvəl, Təbriz, Urmiya, Ərdəbil və Xiyav şəhərlərindən olan bir neçə azərbaycanlı “Sepah”çı Suriyada gedən döyüşlərdə həlak olub.

İran İslam Respublikası Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son aylarda Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş yüzlərlə “Sepah”çı, orada gedən döyüşlərdə öldürülüb. Öldürülənlər arasında “Sepah”ın onlarla komandiri də var.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed