Şrift:
Səfirlik: Yunanıstan parlamenti üzvünün Dağlıq Qarabağa səfəri ölkənin rəsmi mövqeyini əks etdirmi
13.04.2016 [11:27] - Gündəm, Siyasət
Yunanıstan Respublikasının Səfirliyi, dünyanın istənilən yerində Parlament üzvlərinin instutisional baxımdan sərbəst hərəkət etmək üstünlüyünə malik olduqlarını və hər hansı bir təlimata tabe olmadıqlarını bildirmək istərdi.

Bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyindən Yunanıstan Parlamentinin üzvü Qarifalia Kanellinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı verilən məlumatda bildirilir.

Qeyd olunur ki, Yunanıstan Parlamentinin bir üzvünün Dağlıq Qarabağa edilən səfəri heç bir halda, Yunanıstan hökümətinin münaqişənin Beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəf olan və dəyişməyən rəsmi mövqeyini əks etdirmir.

Məlumatda deyilir ki, Yunanıstan ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə çatmış, hər iki tərəfdən belə hərəkətlərlə təhlükə altına salına bilməz.
Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed