Şrift:
Ermənilərin dinc əhalini atəşə tutması NATO PA-nın sessiyasında qaldırılacaq
19.05.2016 [13:23] - Gündəm, Siyasət
Bu ayın 27-dən 31-ə qədər Albaniyanın paytaxtı Tirana şəhərində NATO Parlament Assambleyasının növbəti sessiyası keçiriləcək. Bunu Milli Məclisin deputatı, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Azərbaycan nümayəndə heyəti sessiyanın işində fəal iştirak edəcək və son dövrdə cəbhə xəttində baş verən hadisələri tədbir iştirakçılarının diqqətinə çatdıracaq: "Təbii ki, son hadisələrlə bağlı, o cümlədən ermənilərin atəşkəsi intensiv pozması, dinc əhaliyə qarşı silahdan istifadə etməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları pozub status-kvonu saxlamağa cəhd etməsi, Azərbaycanın qaçqın və məcburi köçkün məsələsindən əziyyət çəkməsi və digər məsələlər qaldırılacaq".
Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed