Şrift:
Yerevan sakini: İnsanları öz qullarına çeviriblər
21.05.2016 [10:32] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ölümün bir addımlığındayıq. İnsanları yoxsulluğa gətirib çıxarıblar, öz qullarına çeviriblər.

1in.am saytının verdiyi məlumata əsasən, bunu Yerevan sakini Ermənistanın baş naziri Ovik Abramyanın hakimiyyətin korrupsiya və monopoliya ilə mübarizə aparmaq niyyətində olduğu ilə bağlı bəyanatını şərh edərkən deyib.

Yerevan sakini həmçinin deyib: "Bu uzun müddət davam edə bilməz, bunun ardından narazılıqlar və etirazlar, sonra isə inqilab olacaq."

Daha gənc nəslin nümayəndəsinin fikrincə isə, Ermənistanda kiçik olsa belə biznes açmaq hər kəs üçün mümkün deyil: "Burada hər şey məhduddur. Büdcə, qalan hər şey bir neçə nəfərin əlində cəmləşib və onlar istədiklərini edirlər. Əgər kiçik biznesi açmaq qəraraına gəlsəm, bu mümkün olmayacaq, çünki bütün yollar bağlanıb, həm də vergilər çox yüksəkdir".
Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed