Şrift:
Sabah NATO PA-nın 57-ci sessiyası öz işinə başlayacaq
05.10.2011 [19:56] - Gündəm
Sabah NATO Parlament Assambleyasının (NATO PA) 57-ci sessiyası öz işinə başlayacaq. Sessiya Rumıniyanın paytaxtı Buxarest şəhərində keçiriləcək.


Sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında kiber təhlükəsizliyinə dair, bioloji və kimyəvi təhdidlərə qarşı mübarizə ilə əlaqədar müzakirələr aparılacaq. Avropada çətin maliyyə mühiti ilə üzləşmə, iqtisadi böhran və maliyyə möhkəmliyi məsələləri nəzərdən keçiriləcək. Qurumun müvafiq komitələrində Liviya xalqının dəstəklənməsinə, Yaxın Şərqdə və Şimali Afrikada siyasi transformasiyaya, eləcə də Əfqanıstana dair qətnamə layihələrinə münasibət bildiriləcək.


Plenar iclasda NATO PA-nın prezidenti Karl Lamers və NATO-nun Baş katibi Anders Foq Rasmussen, həmçinin Rumıniyanın prezidenti Trayan Basesku, Rumıniya Senatının və Deputatlar Palatasının sədrləri çıxış edəcəklər. Sessiya oktyabrın 10-da başa çatacaq.


Azərbaycanı isə NATO Parlament Assambleyasının (NATO PA) 57-ci sessiyasında Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Qüdrət Həsənquliyev təmsil edəcək.
Bu xəbər oxucular tərəfindən 1028 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed