Şrift:
İzmir Kültür Mərkəzində Xocalı Soyqırımı ilə bağlı tədbir keçirilib
23.02.2012 [17:14] - Xəbərlər
İzmir Kültür Mərkəzində Xocalı Soyqırımını ilə bağlı tədbir keçirilib. Türkiyə Azərbaycan Dərnəkləri Federasyonu və Türk Ocaqları İzmir şöbəsi tərəfindən Selahattin Çiçek Kültür Mərkəzində təşkil edilən “Türkiyə-Azərbaycan əlaqələri və Xocalı soyqırımı” adlı konfrans Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımı barədə film nümayiş olunub.
Konfransda iştirak edən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Xocalı Soyqırımı ilə bağlı çıxış edib və Fransa Parlamenti tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanununu tənqid edərək “Türkiyə dövlətini erməni soyqırımını etməkdə günahlandıranlar, təəssüflər olsun ki, ermənilərin dünən Anadoluda, bu gündə Azərbaycanda etdiklərini görməzdən gəlməkdədirlər”, - deyə bildirib.
Konfransda iştirak edən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımının sadəcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı bir cinayət olduğunu bildirib: “Xocalıda günahsız körpələri, uşaqları və qadınları qətlə yetirən ermənilər bununla qürur da duyurlar. Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Xocalı Soyqırımı - təkcə sənin, mənim, onun, bunun deyil, bütün Türk millətinin problemidir”.
Millət vəkili Qənirə Paşayeva fevralın 26-da saat 14-də İstanbulun Taksim meydanında keçiriləcək mitinqə də toxunub. O, hər kəsi “Hamımız Xocalılıyıq, Hamımımız Qarabağlıyıq” mitinqində iştirak etməyə cağırıb. Onlarla izmirli “biz də orda olacağıq”, - deyə bu çağırışa səs verib.
Konfransda iştirak edən Türkiyə Böyük Millət Məclisinin üzvləri, MHP İğdır millət vəkili Sinan Oğan və CHP İstanbul millət vəkili Ali Özgündüz də Xocalı soyqırımı ilə bağlı geniş çıxış ediblər.
Konfransda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Cavanşir Vəliyev də iştirak edib.
Bu xəbər oxucular tərəfindən 1085 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed