Şrift:
Azərbaycanda XOCALI soyqırımının 20 illiyi günü üçün hava məlumatı
25.02.2012 [15:04] - Gündəm
Azərbaycanda bazar günü üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü verilən məlumata görə, fevralın 26-da Bakı və Abşeron yarımadasında hava əsasən, yağmursuz olacaq.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-1 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Fevralın 26-27-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed