Şrift:
Azərbaycan ordusunun yük avtomobili minaya düşüb, 1 əsgər yaralanıb
05.03.2012 [12:29] - Gündəm, Hərb
Azərbaycan Silahlı Qüvvələrinə məxsus yük avtomobili minaya düşüb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus yük avtomobilinin minaya düşməsi nəticəsində əsgər, Balakən Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Raduqa Abduləzimov ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed